Çinə xarici investisiya axını azalmaqdadır | Banco.az

Çinə xarici investisiya axını azalmaqdadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Çinə xarici investisiya axını kəskin azalıb.

Banco.az xəbər verir ki, Dövlət Valyuta İdarəsinə görə, 2024-cü ildə xalis birbaşa xarici investisiya 168 milyard dollar azalıb ki, bu da 1990-cı ildən bəri qeydə alınan ən böyük kapital axınıdır. Çinə yönəldilən xarici investisiyalar 2021-ci ildə 344 milyard dollarla tarixi zirvəyə çatdıqdan sonra son illərdə azalmaqda davam edir.

Beynəlxalq şirkətlər geri çəkildiyi halda, yerli şirkətlər də sürətlə öz vəsaitlərini xaricə çıxarıblar. Çinli investorlar 173 milyard dolları xaricə göndərdiyi halda, xarici investorlar ölkəyə cəmi 4,5 milyard dollar yönləndiriblər ki, bu da 1992-ci ildən bəri ən aşağı göstəricidir.

Çin və ABŞ daha çox şirkəti əhatə edəcək yeni bir ticarət müharibəsi mərhələsinə başlayarkən kapital axınının qarşısını almaq çətin olacaq.

Prezident Donald Tramp bütün Çin məhsullarına 10% gömrük rüsumu tətbiq edərkən, Çin də “Google”a qarşı araşdırma aparmaq və “Calvin Klein”in sahibi “PVH Corp.”u qara siyahıya salmaq da daxil olmaqla bir sıra addımlarla cavab verib. 

“The Wall Street Journal” xəbər verir ki, Çin həmçinin “Apple Inc.”, “Broadcom Inc.” və “Synopsys Inc.” şirkətlərini araşdırmağı nəzərdən keçirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram