"Çinə olan asılılığımızı sona çatdıracağıq" | Banco.az

"Çinə olan asılılığımızı sona çatdıracağıq"

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Çin ilə iqtisadi əlaqələrini dayandırmaq niyyətində olduğunu qeyd edib və ölkə xaricində məşğulluq yaradan Amerika şirkətlərini cəzalandıracağı və Çin ilə iş görən şirkətlərin federal tenderləri qazanmalarını qadağan edəcəyi təhdidini dilə gətirib.

Tramp, Bazar ertəsi günü təşkil etdiyi mətbuat konfransında, "Kritik emal sektoru məhsullarımızı Birləşmiş Dövlətlərdə istehsal edəcəyik, "made in America" yaradacağıq və məşğulluğu təkrar Birləşmiş Dövlətlərə gətirəcəyik və Amerikanı tərk edərək Çin və digər ölkələrdə məşğulluq yaradan şirkətlərə gömrük vergisi tətbiq edəcəyik",- deyib

Tramp ABŞ şirkətlərinə işarə edərək, "Əgər bunu burada edə bilməzlərsə, o zaman bunu başqa yerlərdə etmələri üçün böyük vergi ödəsinlər və bunu ölkəmizə göndərsinlər. Çinə iş görən şirkətlərin federal tenderləri qazanmasını önləyəcəyik və Çini virusun bütün dünyada yayılmasına göz yummaqdan cavabdeh edəcəyik" şəklində əlavə edib.

ABŞ Prezidenti, "Çinə olan asılılığımızı sona çatdıracağıq. Çünki Çinə bel bağlaya bilmərik və onların indi etdikləri kimi hərbi  güc meydana gətirmələrini istəmirəm və bunu etmək üçün bizim pulumuzu istifadə edirlər" söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et