Çinə birbaşa xarici investisiyalar ötən il 8 faiz artıb | Banco.az

Çinə birbaşa xarici investisiyalar ötən il 8 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinə birbaşa xarici investisiyalar 2022-ci ildə əvvəlki ilə görə 8 faiz artıb.

Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin verdiyi açıqlamaya görə, ölkəyə birbaşa xarici investisiyalar yanvar-dekabr dövründə illik 8 faiz artımla 189,13 milyard dollara çatıb.

İl ərzində ən çox investisiya yatıran ölkələr Cənubi Koreya, Almaniya və İngiltərə olub. Cənubi Koreyadan investisiyalar yuana görə hesablandıqda 64,2 faiz, Almaniyadan 52,9 faiz və Böyük Britaniyadan 40,7 faiz artıb.

Avropa İttifaqı (Aİ) ölkələrindən investisiyalar 92,2 faiz, Kəmər və Yol Təşəbbüsü (BRI) çərçivəsindəki ölkələrdən 17,2 faiz, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrindən isə 8,2 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et