Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinə birbaşa xarici investisiya qoyuluşu ilin ilk 5 ayında 5,6 faiz azalıb.
Banco.az xəbər verir ki, Çində iqtisadi ləngimənin yeni əlaməti olaraq birbaşa xarici investisiya qoyuluşunun azaldığı müşahidə edilir.
Belə ki, Çinə birbaşa xarici investisiyalar 2023-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dollar ifadəsində illik 0,5 faiz artdıqdan sonra aprel və may aylarında yenidən azalmağa başlayıb.
Çin Ticarət Nazirliyinin açıqlamasına görə, ilin yanvar-may dövründə ölkəyə birbaşa xarici investisiya qoyuluşu illik 5,6 faiz azalaraq 84,35 milyard dollar təşkil edib. Birbaşa xarici investisiyalar 2023-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə illik 0,5 faiz artsa da, ilk dörd ayda 3,3 faiz azalıb.
Bununla yanaşı, qeyd edilib ki, sözügedən dövrdə Çinin xaricə birbaşa investisiya qoyuluşu isə illik 16,1 faiz artaraq 51,78 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!