Çindən kapital axını davam edir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Çindən kapital axını davam edir

2016-cı ildə Çindən kapital axını 728 mlrd. ABŞ dolları təşkil edib. 

Bu barədə məlumatı Böyük Britaniyanın "Standard Chartered" bankı açıqlayıb. 

Məlumata görə, bu, 2015-ci illə müqayisədə 2,2% azdır. Xatırladaq ki,  2015-ci ildə Çindən rekord həcmdə - 744 mlrd. ABŞ dolları məbləğində kapital axını baş verib. 

Qeyd edək ki, Çinin valyuta ehtiyatları 2017-ci il yanvarın 1-nə 3,01 trln. dollar təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 41 mlrd. dollar azalıb. 

©Report.az