Çindən ƏN ASAN məhsul idxal etməyin yolu | Banco.az

Çindən ƏN ASAN məhsul idxal etməyin yolu

Demək olar ki, bütün dünya özünə lazım olan istehsalat  və ixracat məhsullarını Çindən alır. Bu baxımdan Çin dünyanın ticarət mərkəzi hesab oluna bilər. Çində olan zavod və fabrikləri saymaqla bitirmək olmaz. Amma onlarla necə əlaqə saxlamaq olar? Bunun ən yaxşı yolu Çində keçirilən sərgidə ( əsasən mayın sonu və noyabr ayının başlanğıcı olur) yer almaqdır. Sərgi öz çeşidliliyi ilə bir çox ölkələrdəki ticari sərgiləri geridə qoyur. Karton sərgisi adlanan sərgi əsasən 3 etapdan təşkil olunur. İlk hissəni elektron aparatlar, ikincini istehlak malları, hədiyyəlik ev dekor vasitələri və sonuncu hissəni əsas etibarilə geyim, tekstil, ofisə aid məhsulları əhatə edir.

Sərginin keçirildiyi ərazi olduqca böyükdür. Bu baxımdan yaxşı olardı ki, əgər konkret maraqlandığınız bir şey varsa, onda əvvəlcədən araşdırma aparın. Burda siz həm satıcıları, həm də sizin istədiyiniz hər hansı şeyi sizin üçün təşkil edəcək şəxsləri tapa bilərsiniz. Sərginin bir digər müsbət tərəfi orda yer alan şirkətlər öz məhsullarından nümunələr nümayiş etdirirlər. Bu isə bir sifarişçi və ya müştəri olaraq sizin işinizi asanlaşdırır. İşin ən yaxşı tərəflərindən biri də çatdırılma sahəsində Çin şirkətlərinin böyük təcrübəyə malik olmasıyla bağlıdır. Sərgidəki satıcılar xariclə çox çalışdıqları üçün demək olar ki, dil probleminiz olmaya bilər. Amma olsa belə günlük 15 dollardan özünüzə tərcüməçi tuta bilərsiniz. Sərgi əsasən böyük şirkətlər üçün daha sərfəli hesab olunur, çünki burda pərakəndə deyil, daha çox topdan satış nəzərdə tutulur. Bəzilərində alacağınız məhsul sayı 1000 ədəd olduğu halda, digərlərində 10.000-20.000 arasında dəyişə bilər. Yəni ən az bu qədər məhsul almalısınız. Bundan əlavə əgər siz şəxsi kolleksiya çıxarırsınızsa, bu da problem deyil, ən azından istədiyiniz kimi məhsulu satıcıların yardımıyla əldə edə bilərsiniz. Ticari sərginin bir digər üstünlüyü üz-üzə görüşməkdir, çünki bir çox hallarda bu fürsəti əldə etmək demək olar ki, mümkünsüzdür. Əgər ilk dəfə biznesə başlayırsınızsa, yaxşı olar ki, dropshippinglə başlayın. Bir qədər sonra artıq ticari fikir formalaşdıqdan sonra Karton Sərgisinə qoşula bilərsiniz. Səyahətinizin marşurutunu təyin etdikdən sonra otellərdən bu sərgiyə pulsuz nəqliyyat vasitələri ilə gedə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et