Çin ABŞ-dan idxal edilən 545 min ton qarğıdalını ekstradisiya edəcək. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Çin Keyfiyyət Nəzarət İdarəsi bu qarğıdalıların qida təhlükəsizliyi standartlarına uyğun gəlmədiyi bildirib və tərkibində GMO (geni dəyişdirilmiş məhsullar) olduğu aşkarlanıb. Çin höküməti sözügedən idxal məhsullarının ABŞ-a qaytarılması üçün lazımı əməliyyatlara başlandığı bildirilib.
Rəsmi Pekin ABŞ-ı Çin Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etmədiyi məhsulların idxal etməməsi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, dünyada təxminən 60 milyon hektarlıq sahədə GMO bitkiləri əkilir. ABŞ isə 40 milyon hektarlıq sahədə GMO məhsulları istehsal edərək bu sahəyə liderlik edir.