Çindən 40 milyard dollar dəyərində çip idxalı | Banco.az

Çindən 40 milyard dollar dəyərində çip idxalı

Müəllif:Mehin Qasımova/Banco.az

Çiplər avtomobil sənayesindən tutmuş ağıllı cihazlara qədər bir çox sahədə çox mühüm texnoloji hissəyə çevrilib.

Banco.az Bloomberg-ə istinadən xəbər verir ki,çip tələb edən məhsulların istehsal edildiyi aparıcı ölkələrdən biri də Çindir.

Lakin ABŞ və qərb ölkələrinin sanksiyaları səbəbindən Çinin çip idxalı məhdudlaşdırılıb. Çin də bu sanksiyaları aradan qaldırmaq üçün yarımkeçirici texnologiyalarına sərmayə qoyur. Çinin kompüter çipləri istehsalında istifadə edilən avadanlıqların idxalı 2023-cü ildə 14 faiz artaraq, təxminən 40 milyard dollara çatıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram