Çindəki hadisələr qızılın qiymətini də ucuzlaşdırdı | Banco.az

Çindəki hadisələr qızılın qiymətini də ucuzlaşdırdı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin “sıfır Kovid” strategiyasına görə ölkədə yaranan çaxnaşmalar fonunda dolların güclənərək qiymətli metallara təzyiq göstərməsi ilə qızıl da ucuzlaşıb.

Banco.az xəbər verir ki, dollar dünyanın ikinci ən böyük iqtisadiyyatında Kovid məhdudiyyətləri ilə bağlı etirazların yayılmasından sonra yenidən ən etibarlı investisiya mənbəyi mövqeyinə qayıdıb.

Spot bazarlarında qızılın bir unsiyası 0,14 faiz ucuzlaşmaqla 1751 dollara düşüb.

Xatırladaq ki, qızılın qiyməti Rusiyanın Ukraynaya hücumundan sonra mart ayında pik həddə bahalaşmışdı. Ancaq FED inflyasiyanı cilovlamaq üçün pul siyasətini aqressiv şəkildə sərtləşdirdiyi üçün qiymətli metal o vaxtdan bəri təxminən 15 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et