Çindəki devalvasiyadan ən çox əziyyət çəkən ölkə | Banco.az

Çindəki devalvasiyadan ən çox əziyyət çəkən ölkə

Çinin devalvasiya qərarı ən çox bu ölkəyə mənfi təsir edəcək

Çin öz valyutasını devalvasiya etmə qərarı, digər ölkələr ilə müqayisədə ən pis Braziliyaya təsir edəcək.

Çin  - Braziliyanın ən böyük ixrac bazarıdır. O, Cənubi Amerika ölkəsinin dünya bazarında göndərdiyi dəmir filizi, neft və digər xammal məhsullarının 50%-ni idxal edir.

Yuanın devalvasiyası onsuz da rekord dərəcədə aşağı olan xammal qiymətlərini daha da enmək təhlükəsi ilə üz-üzə qoyur.

Bizim komanda müəyyən edib ki, Çin yuanının 1% ucuzlaşas, ABŞ-da xammal qiymətlərində 0,5-06,% enişlə nəticələnir. – Bank of America-nın devalvasiya ilə bağlı qeydində bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Onsuz da problemlər içərisində olan bir ölkə (Braziliya) üçün isə bu daha bir zərbədir.

Qeyd edək ki, Çin Mərkəzi Bankı (ÇMB) bu gün (12 avqust) milli valyuta - yuanı daha 1,62% devalvasiya edib.

 ÇMB dünən, avqustun 11-də yuanı 1,86% devalvasiya edərkən bu qərarın bir dəfəlik olduğunu bildirsə də, bu gün fikrini dəyişib. 

Beləliklə, yuan son iki gündə 4%-ə yaxın devalvasiya edilib



 

Ən sərfəli krediti almaq üçün müraciət et