Tamara Mustafayeva, Banco.az
Çinin xidmət sektoru ötən ay kəskin geriləyib. Rəsmi Pekinin pandemiyanın qarşısını almaq cəhdləri xidmət fəaliyyətinə mənfi təsir göstərib.
Banco.az xarici mətbuata istinadən xəbər verir ki, Caixin Media və S&P Global tərəfindən hesablanan Caixin xidmət sənayesinin satınalma menecerləri indeksi (PMI) 55,0-dan 49,3-ə düşüb.
Bununla da, ötən üç ay ərzində qeydə alınan inkişaf tendensiyası başa çatıb və yenidən 50 bəndlik həddən geriləmə müşahidə olunub.
Sorğuda iştirak edən xidmət sektoru rəhbərləri şirkətlərin may ayından bəri ən sürətli işdən çıxarma dinamikasını qeyd ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!