Çində xarici kapital 14,4% artıb | Banco.az

Çində xarici kapital 14,4% artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində faktiki istifadə edilən xarici kapital ilin ilk 10 ayında illik 14,4 artım göstərib.

Banco.az xəbər verir ki, 'sıfır Kovid' siyasəti səbəbiylə müəssisələrin fəaliyyəti dayandırılan Çində ilin ilk 10 ayı üzrə faktiki olaraq istifadə edilən xarici kapital 1 trilyon 89 milyard 860 milyon yuana (151 milyard 907 milyon dollar) çatıb.

Noyabrın 10-da başa çatan 5-ci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) imzalanan müqavilənin həcmi də 73,52 milyard dollara yüksəlib.

Bundan əlavə, xarici şirkətlərin Çinə investisiyalarını artırmağa davam etdiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Yaponiyanın qlobal kosmetika şirkəti “Shiseido” ikinci ən böyük Ar-Ge mərkəzini məhz Çində quracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et