Çində xam neft emalı azalıb | Banco.az

Çində xam neft emalı azalıb

Koronavirusun təsiri ilə Çindəki neft emalı zavodlarında xam neft emalı azalaraq 6 illik minimumu yeniləyib.

Çində gündəlik xam neft emalı bu həftə illik müqayisədə 23,1% azalaraq 13 milyon bareldən, təxminən, 10 milyon barelə enib.

Qeyd edək ki, koronavirus səbəbi ilə insanların evdən çölə çıxa bilməməsi, iş yerlərinin bağlı olması, bundan başqa, səyahət məhdudiyyətləri və narahatlıqlar neftə tələbatın azalmasına səbəb olub.

report.az