Çində turizm pandemiyadan əvvəlki dövrə qayıdıb | Banco.az

Çində turizm pandemiyadan əvvəlki dövrə qayıdıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində pandemiya tədbirlərinin yumşaldılması turizm sənayesinə canlanma qazandırıb.

Banco.az xəbər verir ki, Çində koronavirusa qarşı tədbirlər yumşaldılıb, bilet axtarışları və rezervasiyalar sürətlə artıb.

Çinin turizm platformalarından birinin məlumatlarına görə, pandemiya tədbirlərinin yumşaldılacağı elan ediləndən sonra 1 saat ərzində bilet rezervasiyası 5 dəfə artım göstərib.

Xaricdə məşhur istiqamətlər üçün internetdə axtarışlar 10 dəfə artarkən, otel axtarışları pandemiyadan əvvəlki dövrə qayıdıb.

Qeyd edək ki, bilet alan çinlilərin əksəriyyəti Pekin və Şanxay kimi böyük şəhərlərdə yaşayır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çində Kovid-19 əleyhinə tədbirlər yanvarın 8-dən etibarən yumşaldılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et