Çində smartfon satışları minimum səviyyəyə enib | Banco.az

Çində smartfon satışları minimum səviyyəyə enib

Müəllif - Aida İsaq, Banco.az

Çində ötən il 286 milyon smartfon satılıb. 

Banco.az xəbər verir ki, “Forbes” jurnalının ekspertlərinin sözlərinə görə, bu nəticə son 10 ilin minimum göstəricisidir. 2021-ci illə müqayisədə smartfon satışları 13,2% azalıb.

Çin bazarında ötən il 18,6%-lə ən çox smartfon satışını “Vivo” həyata keçirib. İkinci yerdə satışlarını 34,4% artırmağa nail olan və müvafiq bazarın 18,1%-ni təşkil edən “Honor” şirkəti qərarlaşıb. Üçüncü sırada yer alan “Oppo” və “Apple” şirkətlərinin hər biri bazarın 16,8%-ni əhatə edib.

Qeyd edək ki, ötən il dünya üzrə smartfon satışının 11,3% azaldığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram