Çində sənaye şirkətlərinin mənfəəti kəskin azalıb | Banco.az

Çində sənaye şirkətlərinin mənfəəti kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində sənaye şirkətlərinin mənfəəti ilin ilk 2 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% azalıb.

Banco.az xəbər verir ki, Çində sənaye sektorunun sərt Kovid tədbirləri ilə bağlı hələ tam bərpa olunmaması və qiymətlərin enmə tendensiyası ilə sənaye şirkətlərinin mənfəətində kəskin geriləmə müşahidə edilib.

Çin Milli Statistika Bürosunun məlumatına görə, sənaye şirkətlərinin mənfəətində ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz azalma qeydə alınıb. Xarici şirkətlərin mənfəəti isə 35,7 faiz azalıb.

Eyni dövrdə özəl sənaye şirkətlərinin mənfəəti 19,9 faiz azalarkən, dövlət şirkətlərindəki azalma nisbəti 17,5 faiz hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ölkədə sərt Kovid tədbirlərinin kölgəsi altında keçən 2022-ci il ərzində sənaye şirkətlərinin mənfəəti 4 faiz azalmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et