Çində rekord büdcə kəsiri qeydə alınıb | Banco.az

Çində rekord büdcə kəsiri qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində mərkəzi büdcə ilə bağlı göstəricilər həyəcan təbili çalır.

Banco.az xəbər verir ki, sərbəst pul siyasəti həyata keçirən və iqtisadi aktivliyin itirilməsi ilə diqqət çəkən Çində büdcə kəsiri də rekord həddə yüksəlib. Belə ki, ilin 9 ayında defisit 7,16 trilyon yuana (980 milyard dollar) çatıb.

Bu, bütün müqayisə olunan dövrlər arasında büdcə kəsirinin ən yüksək olduğu dövr kimi qeydə alınıb. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb.

Qeyd edək ki, pandemiya tədbirləri və daşınmaz əmlak sektorunda baş verənlərin təsirindən büdcə gəlirlərinin azalması defisitdə mühüm rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et