Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində mənzil qiymətləri sürətlə aşağı düşür.
Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatlarına görə, dövlət dəstəyi olmayan yeni yaşayış evlərinin qiymətləri 70 şəhərdə sentyabr ayı ilə müqayisədə 0,45 faiz azalaraq son bir ilin ən kəskin düşüşünü qeydə alıb.
İkinci əl mənzil qiymətləri isə 0,66 faiz geriləyərək son 13 ayın ən sürətli enişini yaşayıb.
Dörd ildir davam edən daşınmaz əmlak bazarındakı durğunluq Çin iqtisadiyyatına da mənfi təsir göstərir. Qarşıdakı məlumatların istehlakın da son dörd ilin ən uzun yavaşlama dövrünü keçdiyini göstərəcəyi gözlənilir. Qiymətlərin uzun müddət aşağı düşməsi, daşınmaz əmlakın sərvət saxlama vasitəsi kimi etibarlılığına dair narahatlıqlar səbəbilə alıcıları bazardan uzaqlaşdırır.
Pantheon Macroeconomics-in Çinə üzrə baş iqtisadçısı Kelvin Lam bildirib: “Daşınmaz əmlak sektoru hələ də durğun vəziyyətdədir. Stok səviyyələri təklif və tələbi tarazlayacaq məqbul həddən təxminən 1,5 il uzaqdadır.”
Bizi sosial şəbəkələrdən izləyin!!
