Çində Kovid məhdudiyyətləri yumşaldılır | Banco.az

Çində Kovid məhdudiyyətləri yumşaldılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ölkədə etirazlara səbəb olan Kovid məhdudiyyətlərinin yumşaldılması istiqamətində işlər görür.

Banco.az xəbər verir ki, ölkədə sərt Kovid tədbirlərinin həyata keçirilməsində ən nüfuzlu şəxs olan Baş nazirin müavini Sun Çunlan bu tədbirlərdə yumşalma siqnalı verib.

Çərşənbə günü Çinin Milli Səhiyyə Komissiyası ilə görüşdə çıxış edən Sun Omikron ştammının daha yüngül keçməsi və peyvənd olunan insanların sayının artması səbəbindən pandemiya ilə mübarizənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.

O, adətən çinli rəsmilərin sərt tədbirlərlə bağlı istifadə etdikləri “Sıfır Kovid” tendensiyasından da bəhs etməyib.

Qeyd edək ki, Çinin müxtəlif şəhərlərindən gələn xəbərlər də tədbirlərin yumşaldıldığını göstərir. Quançjou şəhərində etirazların təsirinə məruz qalan ərazilər də daxil olmaqla, şəhərin bəzi yerlərində karantin ləğv edilib. Çonqinq və Pekində də qadağalar yumşaldılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et