Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində yanvar-sentyabr dövründə kömür istehsalı illik 11,2 faiz artımla 3,32 milyard tona çatıb.
Banco.az xəbər verir ki, Çində kömür istehsalı 2022-ci ilin ilk 9 ayında keçən ilin eyni dövrü ilə müqayisədə artım göstərib.
Milli Statistika Bürosunun məlumatına görə, yanvar-sentyabr dövründə ölkədə kömür hasilatı il ərzində 11,2 faiz artaraq 3,32 milyard tona çatıb. Gündəlik hasilat isə 10 Noyabr 2021-ci ildə 12 milyon 50 min tona çataraq indiyə qədərki ən yüksək səviyyə qeydə alınmışdı.
Xatırladaq ki, ötən il kömür tədarükünün azalması səbəbindən ölkə elektrik enerjisi çatışmazlığı ilə qarşı-qarşıya qalmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!