Çində ixracat ötən ay da azalıb | Banco.az

Çində ixracat ötən ay da azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin ixracı qlobal tələbin zəifləməsi səbəbindən oktyabr ayından sonra noyabrda da azalıb.

Banco.az xəbər verir ki, noyabr ayında Çində ixrac və idxal həcmi həm proqnozlardan, həm də oktyabr ayının göstəricilərindən daha çox azalıb.

Ölkədə dollar əsaslı ixracat noyabr ayında əvvəlki ilin eyni ayına görə 8,7 faiz azalaraq 296 milyard dollara geriləyib.

Bu rəqəm Covid-19 məhdudiyyətləri səbəbindən Şanxayda fabriklərin və yolların bağlandığı apreldən bəri ən aşağı səviyyədir.

Qeyd edək ki, bu açıqlanan məlumatlara əsasən, xarici ticarət profisiti də 69,8 milyard dollara qədər azalaraq proqnozları doğrultmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et