Çində ixracat gözləniləndən çox artıb | Banco.az

Çində ixracat gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ticarət müharibəsinin təsirlərinə baxmayaraq, Çində ixrac proqnozları üstələyərək 8,1 faiz artıb.

Banco.az xəbər verir ki, Çinin ixracı aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% artıb, idxalı isə 0,2% azalıb.

Gömrük məlumatlarına görə, ticarətdə gözlənilən daha sərt yavaşlamaya baxmayaraq, əldə olunan bu rəqəmlər proqnozları tam doğrultmayıb. İqtisadçılar ixracatda 1,9%-lik artım, idxalda isə 5,9%-lik azalma gözləyirdilər.

Yeni göstəricilər mart ayında ixracın illik əsasda 12,4% artmasından sonra qeydə alınıb. Bu artım Çinli fabriklərin ABŞ Prezidenti Donald Trampın 9 aprel tarixində qüvvəyə minən Çin mallarına qarşı 145%-lik tariflərindən əvvəl göndərişlərini sürətləndirməsi ilə bağlı olub. Mart ayında idxal isə 4,3% azalmışdı.

Bu dövrdə Çinin ABŞ-a ixracı 21% azalarkən, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinə ixracı 20,8%, Avropa İttifaqı ölkələrinə isə 8,2% artıb.

Analitiklər bildirirlər ki, bu artım Çinin ixracatının ABŞ-ın tarifləri qarşısında dirəniş göstərdiyini nümayiş etdirir. Çin ilin ilk 3 ayında ixracını 6,9% artırıb, idxalı isə 6% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram