Çində istehsalçı qiymətləri ötən ay yenidən aşağı düşüb | Banco.az

Çində istehsalçı qiymətləri ötən ay yenidən aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində istehsalçı qiymətləri ötən 7,5 ilin ən sürətli enişini reallaşdırıb.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə istehsalçı qiymətləri iyun ayında illik 5,4 faiz, aylıq isə 0,8 faiz azalıb. 

Bu, may ayındakı illik 4,6 faiz azalma ilə müqayisədə illik 5,0 faiz azalma gözləyən ekspertlərin proqnozuna uyğun gəlməyib.

Qeyd edək ki, illik istehlak qiymətləri inflyasiyası iyun ayında stabilliyini saxlayıb ki, ekspertlərin bu baxımdan proqnozu 0,2 faiz artım istiqamətində idi.

Məlumatlar tələbin və artımın stimullaşdırılmasında dünyanın ikinci ən böyük iqtisadiyyatının üzləşdiyi problemlərin dərinliyini vurğulayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et