Çində istehsal göstəriciləri proqnozları doğrultmayıb | Banco.az

Çində istehsal göstəriciləri proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Caixin/Markit İstehsalat Satınalma Menecerləri İndeksi (PMI) 50,0 bəndə enib.

Banco.az xəbər verir ki, Caixin/Markit tərəfindən hazırlanan istehsal sektoru satınalma menecerləri indeksi ötən ay (PMI) fevraldakı 51,6 bənddən 50,0 bəndinə enib.

Qeyd edək ki, iqtisadçıların gözləntisi 51,7 bənd idi.

“Caixin Insight Group”un baş iqtisadçısı Van Ze nəticələri belə şərh edib:

“İqtisadiyyatın bərpası üçün əsaslar hələ möhkəm deyil. Gələcəyə baxsaq, iqtisadi artımın hələ də daxili tələbin artımını, xüsusən də ev təsərrüfatlarının istehlakında yaxşılaşmanı əhatə edəcəyi gözlənilir. Hökumət istehlakı bərpa etmək məqsədinə yalnız məşğulluğun sabitləşdirilməsi, ev təsərrüfatlarının gəlirlərinin artırılması və bazar perspektivlərinin yaxşılaşdırılması istiqamətində çox çalışmaqla nail ola bilər.”

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et