Çində istehlak qiymətləri 2 ildən sonra ilk dəfə ucuzlaşıb | Banco.az

Çində istehlak qiymətləri 2 ildən sonra ilk dəfə ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Çində istehlak qiymətləri iki ildən artıq müddət ərzində ilk dəfə aşağı düşüb.

Banco.az xəbər verir ki, Çinin istehlak qiymətləri indeksi iyulda iki ildən artıq müddətdən sonra ilk dəfə illik 0,3 faiz azalıb.

İndeks aylıq əsasda isə 0,2 faiz artım göstərib.

İqtisadçılar istehlak qiymətləri indeksinin illik 0,4 faiz azalacağını gözləyirdilər.

Qeyd edək ki, göstəricilərin elan olunmasından sonra Çin yuanı dollara nisbətdə cüzi möhkəmlənərək 7,2257 səviyyəsində ticarət edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram