"Çində iqtisadi inkişaf daha da yavaşlaya bilər" | Banco.az

"Çində iqtisadi inkişaf daha da yavaşlaya bilər"

Bu gün açıqlanan məlumata görə, Çin iqtisadiyyatı 2018-ci ildə 6.6% artıb. Bu, 28 ilin ən yavaş iqtisadi artımıdır.

"Capital Economics"in Çin üzrə iqtisadçısı Chang Liu Çin iqtisadiyyatına dair açıqlama verib.

Liu Çində iqtisadi inkişafın yavaşlamasının əsas səbəbinin Mərkəzi Bankın sərt pul siyasəti olduğunu bildirərək, "iqtisadiyyatın qarşıdakı bir neçə ayda daha da yavaşlaması görə bilərik, ilin ortasına doğru isə toparlanma gözləyirik", - deyib.

Ən sərfəli kredit üçün müraciət et

Liu ABŞ ilə ticarət müharibəsinin isə iqtisadiyyatda kiçik təsiri olduğunu qeyd edib.

Liu Çin Mərkəzi Bankının daha çox tədbir görməsi və faiz endirməsi lazım ola biləcəyini qeyd edib. Liu "bu il 200 bənd faiz endirimi ola bilər. Bu il iqtisadi artım 5%-ə yaxın ola bilər",- deyib.

Marja