Çində inflyasiya sürəti azalıb | Banco.az

Çində inflyasiya sürəti azalıb

Tamara Mustafayeva, Banco.az

Çində istehlak inflyasiyası avqust ayında gözləniləndən daha yavaş templə yüksələrək 2,5 faiz artıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, istehlak qiymətləri indeksi əvvəlki ilə nəzərən 2,5 faiz artıb. İyulda bu göstərici 2,7 faiz olub.

Bloomberg ekspertlərinin median proqnozu isə 2,8 faizi işarə edirdi.

Qeyd edək ki, inflyasiyanın artım tempinin zəifləməsinə səbəb kimi ötən ay ölkə daxilində bir sıra hallarda tətbiq edilən karantin məhdudiyyətlərinin istehlak xərclərinə təsiri və istehsal qiymətlərinin gözlənilənin əksinə daha yavaş sürətlə artması göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et