Çində inflyasiya ötən 2 ilin ən yüksək həddinə çatıb | Banco.az

Çində inflyasiya ötən 2 ilin ən yüksək həddinə çatıb

Tamara Mustafayeva, Banco.az

Çində donuz ətinin qiyməti başda olmaqla yaşanan bahalaşma ilə inflyasiya ötən iki ilin maksimumuna yüksəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin istehlakçı inflyasiyası iyul ayında, əsasən artan donuz əti qiymətləri səbəbindən iki ilin ən yüksək səviyyəsinə çatıb, zəif istehlak tələbi isə ümumi qiymət təzyiqlərini nəzarətdə saxlamaqdadır.

Milli Statistika Bürosunun məlumatına görə, istehlak qiymətləri indeksi keçən ay 2,7 ​​faiz, donuz əti qiymətləri isə 20,2 faiz artıb. "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçıların proqnozu ölkədə illik inflyasiyanın 2,7 faiz olacağını işarə edirdi. 

İyun ayında 6,1 faiz qeydə alınan istehsalçı qiymətlərinin inflyasiyası isə əmtəə qiymətlərinin zəifləməsi nəticəsində iyulda 4,2 faizə enib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, digər böyük iqtisadiyyatlardan fərqli olaraq, Çin iqtisadiyyatı ölkədə tətbiq edilən daha ciddi Covid-19 tədbirləri səbəbindən istehlakçı və biznes xərclərinin geriləməsi ilə üzləşmiş, nəticədə də istehlakçı inflyasiyası bu il nisbətən aşağı səviyyədə qalmışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et