Çində inflyasiya gözləniləndən daha sürətlə zəifləyib | Banco.az

Çində inflyasiya gözləniləndən daha sürətlə zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində inflyasiyanın artım sürəti proqnozlardan daha çox zəifləyib.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, istehlak qiymətləri fevral ayında keçən ilin eyni ayı ilə müqayisədə 1,0 faiz artıb. İqtisadçılar əvvəlki ay 2,1 faiz olan artımın 1,7 faizə enəcəyini düşünürdülər.

Mövsümi təsirlərdən kənarlaşdırılmış istehlak qiymətləri isə aylıq 0,5 faiz azalıb. Analitiklər 0,2 faiz artım olacağını proqnozlaşdırmışdılar.

Qeyri-ərzaq mallarının qiymətləri də 0,6 faiz artıb. İlin ilk iki ayında istehlak qiymətlərində artım ümumilikdə 1,5 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et