Çində inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

Çində inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində istehlak inflyasiyası iqtisadi fəallığın bərpasına baxmayaraq, mart ayında sürətini itirib.

Banco.az xəbər verir ki, Milli Statistika Bürosundan çərşənbə axşamı verilən məlumata görə, ölkədə istehlak qiymətləri indeksi (CPI) bir il əvvələ nisbətən 1 faiz artım gözləntilərinə baxmayaraq, gözləniləndən aşağı 0,7 faiz təşkil edib. Bloomberg iqtisadçılarının proqnozları isə göstəricinin sabit qalacağına işarə edirdi.

İstehsalçı qiymətləri isə iqtisadçıların gözləntilərinə uyğun olaraq 1,4 faiz azaldıqdan sonra illik müqayisədə də 2,5 faiz azalıb.

Daha dəyişkən xarakterli qida və enerji qiymətlərinin daxil edilmədiyi baza inflyasiyası isə 0,6 faizdən 0,7 faizə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, göstəricilər bərpaya kömək etmək üçün mərkəzi bankın pul siyasətini yumşaltması üçün zəmin yaradıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et