Çində idxal və ixrac azalıb | Banco.az

Çində idxal və ixrac azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində ötən ay üzrə idxal və ixrac həcmi azalıb.

Banco.az xəbər verir ki, Çində dekabr ayı üzrə idxal-ixrac və ticarət balansı məlumatları açıqlanıb.

Gömrük idarəsi bildirib ki, Çinin ixrac və idxal həcmi dekabr ayında gözləniləndən daha az geriləyib.

Belə ki, dekabrda Çinin ixracı əvvəlki ayla müqayisədə 9,9 faiz, idxalı isə 7,5 faiz azalıb. Proqnozlar isə bu göstəricilərin müvafiq olaraq 10 faiz və 9,8 faiz nisbətində reallaşacağına işarə edirdi.

Qeyd edək ki, güclü ixracat ötən iki il ərzində Çin iqtisadiyyatına mühüm töhfələr verib. Bununla belə, iqtisadçılar yaxın dövrlərdə ABŞ və Avropadan tələbin azalacağını gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et