Çində ICO-ya qadağa qoyuldu | Banco.az

Çində ICO-ya qadağa qoyuldu

Çində ICO-ya qadağa qoyuldu. Yığılmış bütün vəsaitlərin qaytarılması tələb olunur

Çinin Mərkəzi Bankı, ICO prosesi üçün qeyri-leqal statusu təyin etdi və bu proses sayəsində yığılmış bütün vəsaitlərin investorlara qaytarılmasını tələb etdi.

Çinin Milli Bankının qərarına əsasən ICO sahəsində olan bütün aktiv əməliyyatlar dayandırılmalıdır. Bundan sonra olacaq ICO təşkilatçıları isə cəzalandırılacaq. Bundan əlavə olaraq tokenlərin, dövlət valyutasına dəyişilməsinə və bankların, ICO təşkilatçıları ilə əməkdaşlıq etmələrinə də qadağa qoyulub. ICO-nu bitirmiş şəxslər və ya layihələr, bütün yığılmış vəsaitləri, investorlara geri qaytarmalıdırlar. Vəsaitlərin geri qaytarılması prosesi barəsində Mərkəzi Bankın saytında heç bir məlumat yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Çin mütəxəssislərinin məlumatlarına əsasən Çində 65 layihə, ICO keçirdib və ümumilikdə 398 milyon dollar vəsait yığıb. Bütün dünya üzrə isə ICO vasitəsilə 1.6 milyard dollar vəsait cəlb olunub. Çindən başqa hələki heç bir ölkədə ICO-ya qadağa qoyulmayıb. Qeyd etmək lazımdır ki, Çin bankının bu qərarının fonunda bir sıra kriptovalyutaların qiymətləri aşağı düşdü.

Mənbə: technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et