Müəllif:Mehin Qasımova,Banco.az
Çinin Milli Statistika Bürosu (NBT) aprel ayı üçün yaş qruplarına görə işsizlik nisbətlərini açıqlayıb.
Banco.az xəbər verir ki, 16-24 yaş qrupu arasında işsizlik nisbəti mart ayında 16,9 faizdən aprel ayında 16,3 faizə enib.
Məlumata görə, ölkədə gənclər arasında işsizlik səviyyəsi uzun müddətdir ki, ümumi işsizlik səviyyəsindən xeyli yüksəkdir.
Qeyd edək ki, UIB (Sənayeçilər və İş Adamları Birliyi) 2023-cü ilin iyul ayında gənclər arasında işsizlik rekord həddə - 21,3%-ə çatdıqdan sonra yaş qrupları üzrə işsizlik məlumatlarını dərc etməyi dayandırdı. Adıçəkilən qurum 2023-cü ilin dekabr ayında isə yeni hesablama metoduna keçib.
