Çində elektromobil satışı kəskin artıb | Banco.az

Çində elektromobil satışı kəskin artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində elektrik avtomobillərinin satışı artıb.

Banco.az xəbər verir ki, Çinin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına görə, yanvar-oktyabr ayları ərzində ölkənin pərakəndə satış bazarında 4,43 milyon elektrik avtomobili alıcı tapıb.

İlk 10 ayda 107,5 faiz artan satış həcminin ilin sonuna kimi 6,5 milyona çatacağı gözlənilir.

Qeyd edək ki, oktyabrda ölkədə ümumilikdə 1,84 milyon avtomobil satılıb ki, bunun 556 mini elektriklə işləyən avtomobillər olub. Ötən ilin oktyabr ayı ilə müqayisədə ümumi satışlar 7,3 faiz, elektromobil satışları isə 75,2 faiz artıb.

Çinin yerli avtomobil şirkəti “BYD” 217 min 518 elektrikli avtomobillə, ABŞ istehsalçısı “Tesla” isə 71 min 704 elektromobillə satışlara rəhbərlik edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et