Çində elektrik istehlakı ötən ay artım göstərib | Banco.az

Çində elektrik istehlakı ötən ay artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində elektrik istehlakı ötən ay 2023-cü ilin eyni ayına görə 8,9 faiz artıb.

Banco.az xəbər verir ki, Çin Milli Enerji Administrasiyasının məlumatına görə, 2024-cü ilin avqust ayında ölkə üzrə elektrik istehlakı 964,9 milyard kilovat-saata çatıb.

Elektrik istehlakı, kənd təsərrüfatı, meşə təsərrüfatı və mədənçıxarma kimi xammal istehsal edən əsas fəaliyyət sahələrində 4,6 faiz, istehsal sektorunun da daxil olduğu ikinci dərəcəli iş sahələrində 4 faiz və xidmətlər sektorunu əhatə edən üçüncü biznes sahələrində 11,2 faiz artım müşahidə edilib.

Ötən illə müqayisədə avqust ayında məişət elektrik enerjisi istehlakı isə 23,7 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlar göstərir ki, Çində 2024-cü ilin 8 ayında elektrik enerjisi istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 6,56 trilyon kilovat-saata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram