Çində dolların məzənnəsi yeni rekord həddə çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Çində dolların məzənnəsi yeni rekord həddə çatıb

Çin Xalq Bankı (ÇXB, Mərkəzi Bank) bu gün, noyabrın 21-də dolların rəsmi məzənnəsini son 8,5 ilin maksimal səviyyəsinə yüksəldərək 6,8985 CNY-də təsdiqləyib. "TASS" agentliyinə istinadən verilən xəbərə görə, bu, 2008-ci il iyunun 17-dən sonra dolların ən yüksək məzənnəsidir. 

Qeyd edək ki, ÇXB son 12 gündə ardıcıl olaraq yuanı devalvasiya edir və bu müddət ərzində yuan dollarla müqayisədə 2,2% ucuzlaşıb. Həmçinin, bu, Çin tarixində ən uzun devalvasiyadır.

"Report"un analitik qrupu bildirir ki, bu gün Çinin nağd valyuta bazarında dolların məzənnəsi 6,9053 CNY/USD-yə qədər yüksəlib. Məzənnənin ilin sonuna qədər 7,00 yuan həddini keçməsi istisna edilmir. Belə olarsa, dünya valyutalarına təzyiq daha da artacaq.

Mənbə: Report.az