Çində deflyasiya tendensiyası davam edir | Banco.az

Çində deflyasiya tendensiyası davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində istehlak qiymətlərindəki durğunluq və istehsalçı qiymətlərindəki eniş davam edib.

Banco.az xəbər verir ki, Çinin Milli Statistika Bürosu (UIB) ölkədə qiymət artımları ilə bağlı 2024-cü ilin oktyabr ayı məlumatlarını açıqlayıb.

Buna görə, İstehlak Qiymətləri İndeksi (CPI) ötən ilin eyni dövrünə görə 0,3 faiz artıb. 

İstehsalçı qiymətləri indeksi (PPI) isə 2,9 faiz azalma göstərib.

Məlumatlardan aydın olur ki, hökumətin monetar ekspansiya istiqamətində atdığı addımlar hələ də qiymət artımlarında əks olunmayıb.

Xatırladaq ki, inflyasiyanın əsas göstəricisi sayılan CPI 2023-cü ilin fevral ayından etibarən 1 faizdən aşağıdır. İndeks bu ilin yanvar ayında 0,8 faiz azalaraq 2009-cu ilin sentyabrından bəri ən sürətli illik azalmanı qeyd etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram