Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay Çində avtomobil istehsalı və satışı azalıb.
Banco.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatına görə, iyul ayında ölkədə 2 milyon 400 min avtomobil istehsal edilib, 2 milyon 390 min avtomobil satılıb.
Məlumatlar göstərir ki, bununla da, avtomobil istehsalı illik 2,2 faiz, satışı isə 1,4 faiz azalıb.
Avtomobil istehsalı ilk 7 ay ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 15 milyon 650 minə, satışlar isə 7,9 faiz artaraq 15 milyon 630 minə çatıb.
Xatırladaq ki, ilk 6 ayda isə istehsal 9,3 faiz, satış 9,8 faiz artım göstərmişdi.
Digər tərəfdən, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatlarına görə, ötən ay ümumilikdə 310 min avtomobil ixrac edilib ki, bununla da, avtomobil ixracı illik 63 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!