Müəllif:Mehin Qasımova/Banco.az
Çində "Apple" satışları birinci rübdə 13 faiz azalıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin 2024-cü maliyyə ilinin birinci rübünün nəticələrinə əsaslanan hesabatında bildirilir.
Belə ki, Çində satışların azalması 2018-ci ildən bəri rekord göstəricidir.
Bloomberg-in sorğusunda iştirak edən analitiklərin fikrincə, şirkət satışlarının təxminən beşdə birini təşkil edən Çin bazarında nüfuzunu itirir. Hesabatın dərcindən sonra ABŞ -ın Nasdaq birjasında "Apple" səhmləri 2,15 faiz ucuzlaşaraq 182,85 dollara düşüb .
Qeyd edək ki, Çin bazarı Apple-ın üçüncü ən böyük bazarıdır. Eyni zamanda, Çindəki telefon seqmenti ən rəqabətli sektordu.
Daha əvvəl qeyd edilib ki, Çin iPhone qadağasını təkcə məmurlara deyil, həm də dövlət şirkətlərinin işçilərinə şamil etməyi planlaşdırır. Analitiklərin hesablamalarına görə, bu tədbir Amerika korporasiyasına ümumilikdə 194 milyard dollar ziyan vura bilər. Lakin daha sonra Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Çin ölkədə xarici brendlərin mobil telefonlarının alınmasını və ya istifadəsini qadağan etmir.
Bizi sosial şəbəkələrdən izləyin!!