Çində alternativ enerji vasitələrilə işləyən avtomobillərin sayı rekord həddə çatıb | Banco.az

Çində alternativ enerji vasitələrilə işləyən avtomobillərin sayı rekord həddə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

2024-cü ilin yanvar-iyun aylarında Çində alternativ enerji vasitələrilə (elektrik, hibrid, hidrogen və s.) çalışan avtomobillərin istehsalı və satışı illik müqayisədə 30,1% və 32% artaraq müvafiq olaraq 4,929 milyon və 4,944 milyona çatıb.

Banco.az xəbər verir ki, bu barədə Çin Avtomobil Sənayesi Assosiasiyasının hesabatında deyilir.

Bildirilib ki, belə nəqliyyat vasitələrinin bazar payı Çində 35,2%-ə çatıb.

Hesabata görə, 2024-cü ilin birinci yarısında Çinin avtomobil istehsalı və satışı müvafiq olaraq 13,891 və 14,047 milyona çatıb.

Qeyd olunub ki, eyni dövrdə Çin 2,793 milyon avtomobil ixrac edib ki, bu da illik müqayisədə 30,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et