Çində 6,98 milyon yeni iş yeri açılıb | Banco.az

Çində 6,98 milyon yeni iş yeri açılıb

Müəllif:Ayşən İmanova/Banco.az

Çin hakimiyyəti strateji tədbirlərin uğurla həyata keçirilməsi sayəsində yanvar-iyun aylarında ölkənin şəhərlərində 6,98 milyon yeni iş yeri yaradıb.

Banco.az xəbər verir ki, bu barədə Çinin İnsan Resursları və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 200 min nəfər çoxdur.
Bununla da Çin 2024-cü il üçün hədəfin 58%-ni yerinə yetirib.

Ən sərfəli kredit üçün müraciət et

Çinin Milli Statistika Bürosunun məlumatına görə, yanvar-iyun aylarında Çin şəhər əhalisinin işsizlik səviyyəsi illik müqayisədə 0,2 faiz bəndi azalaraq 5,1% təşkil edib. Bu göstərici əsas amillərin, xüsusən də əmək miqrasiyasının spesifik xarakterinə görə kənd yerlərində məşğulluq bazarından alınan məlumatları nəzərə almır. Rəsmi statistikaya görə, 2023-cü ildə Çində 12,44 milyon yeni iş yeri yaradılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et