Çində 10 gizli bank bağlanıb | Banco.az

Çində 10 gizli bank bağlanıb

Çində xaricə 22 milyard dollar köçürmüş 10 gizli bank bağlanıb

Çin polisi 10 “gizli bank” aşkar edərək bağlayıb. 

Banco.az-ın məlumatına görə, bu banklar Çindən xaricə 22,6 milyard dollar pul köçürüblər.

Hadisə ilə əlaqədar polis 59 adamı həbs edib, 264 bank hesabını dondurub, 800 bank kartını müsadirə edib.

Polisdən bildiriblər ki, bu adamlar öz evlərində oturub, bank hesablarını satın alırmış. Sonra bu bank hesablarının hər birindən xaricə 50 min dollar köçürürmüş. 

Çin qanunlarına görə, bir hesabdan xaricə bir ildə 50 min dollardan artıq köçürmək olmaz.

Ən sərfəli kredit üçün müraciət et