Çin yuanı 16 aylıq maksimumu yeniləyib | Banco.az

Çin yuanı 16 aylıq maksimumu yeniləyib

Çin Xalq Bankı bu gün yuanın dollara nisbətən məzənnəsini 0,05% möhkəmləndirib.

RİA "Novosti" agentliyinə istinadən xəbər verilir ki, beləliklə, yuanın dollara nisbətən məzənnəsi psixoloji hədd olan 6,5 səviyyəsini ötüb ki, bu da 2016-cı ilin may ayından etibarən maksimal göstəricidir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mərkəzi bank yuanın məzənnəsini ardıcıl olaraq 11 ticarət sessiyası möhkəmləndirir.

Cari ilin əvvəlində Çinin baş naziri Li Ketsan bəyan edib ki, hökumət xarici ticarətin stimullaşdırılması üçün yuanın devalvasiyasına can atmır.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et