Çin və Pakistan arasında mübadilə sazişi imzalanıb | Banco.az

Çin və Pakistan arasında mübadilə sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin və Pakistan yuan mübadiləsinə dair əməkdaşlıq memorandumu imzalayıb.

Banco.az xəbər verir ki, Çin yuanı ilə həyata keçiriləcək transsərhəd pul köçürmələrinin təşkili üçün iki ölkə arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Çin Xalq Bankının (PBoC) bəyanatında deyilir ki, yeni tənzimləmələr bu ölkələrin biznes və maliyyə qurumlarına qarşılıqlı pul köçürmələri əməliyyatlarında yuandan istifadə etməyə icazə verəcək.

Bəyanatda həmçinin pul köçürmələrində yuandan istifadə edilməsinin ikitərəfli ticarət və investisiyaları asanlaşdıracağı qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et