Müəllif - Aida İsaq, Banco.az
Səudiyyə Ərəbistanında keçirilən onuncu Ərəb-Çin biznes konfransının ilk günündə büdcəsi 10 milyard dollardan çox olan yeni investisiya sazişləri imzalanıb.
Banco.az xəbər verir ki, onların arasında texnologiya, bərpa olunan enerji, kənd təsərrüfatı, daşınmaz əmlak, faydalı qazıntılar, turizm və səhiyyə sahələrinə dair 30 saziş və sövdələşmə yer alır. Panel müzakirələr, seminarlar, xüsusi görüşlər və tədbirlərdən ibarət konfransa 26 ölkədən 3500-dən çox iştirakçı qatılıb. Sosial və ekoloji məsuliyyət, idarəetmə, təchizat zəncirinin davamlılığının yaxşılaşdırılması müzakirə olunub.
Qeyd edək ki, son illər Çin ilə ərəb ölkələri arasında ticarət dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb. Ümumi dəyər 430 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!