Müəllif - Aida İsaq, Banco.az
Çin və Ekvador arasında azad ticarət sazişi imzalanıb.
Banco.az xəbər verir ki, onlayn formada əldə olunan rəsmi razılaşmada Çin tərəfdən ticarət naziri Vanq Ventao, Ekvadordan isə xarici ticarət, istehsal və balıqçılıq naziri Xulio Xose Prado iştirak edib. Əldə edilən razılaşma Çin və Cənubi Amerika dövləti arasında iqtisadi əməkdaşlığın sabit və inamlı inkişafını təmin etmək üçün nəzərdə tutulub.
Məlumata görə, növbəti mərhələdə beynəlxalq əməkdaşlığın ratifikasiyası ən qısa zamanda həyata keçiriləcək.
Qeyd edək ki, iki dövlət arasında azad ticarət sazişi üzrə danışıqlar 2022-ci ilin fevralında başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!