Tamara Mustafayeva, Banco.az
ABŞ və Çin ticarət əlaqələri və investisiya qoyuluşunu yaxşılaşdırmaqla bağlı razılığa gəliblər.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ və Çin Ticarət Nazirləri üçüncü dəfə reallaşan telefon danışıqları əsnasında ticarət əlaqələrini gücləndirmək və investisiya qoyuluşunu artırmaqla bağlı razılıq əldə ediblər.
Çin hökumətindən məsələ ilə bağlı edilən açıqlamaya görə, hər iki tərəfin müəyyən mövzularda və həssas olduqları sahələrdə qarşılıqlı fikir mübadiləsi həyata keçirdiyi bəlli olub.
Xatırladaq ki, Çin Ticarət Naziri Wang Wentao və Amerikalı həmkarı Gina Raimando daha əvvəl də iki dəfə telefon danışığı həyata keçirmişdi. Ötən il Çin ilə "Birinci Faza Ticarət Razılaşması"nı imzalayan ABŞ-ın yeni seçilmiş hökumətinin Çinə dair siyasətinin necə olacağı isə hələ dəqiq məlum deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!