Çin və ABŞ liderləri ticarət məsələlərini müzakirə edəcəklər | Banco.az

Çin və ABŞ liderləri ticarət məsələlərini müzakirə edəcəklər

Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında ticarət məsələlərini müzakirə edəcək.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan görüşün “Böyük iyirmilər” (G20) qrupunun iyunun 27-28-də Osakada keçiriləcək sammiti çərçivəsində baş tutacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, iki ölkə arasında davam edən ticarət mübahisələri, qarşılıqlı olaraq idxal rüsumlarının çoxaldılması, Birləşmiş Ştatların “Huawei” də daxil olmaqla Çin şirkətlərinə tətbiq etdiyi qadağa və məhdudiyyətlər, habelə Cənubi Çin dənizindəki vəziyyət, ABŞ-ın Tayvan adası ilə əlaqələri Çin-ABŞ münasibətlərində gərginliyin yaranmasına səbəb olub.

Azərtag.az

Ən sərfəli krediti almaq üçün müraciət et