Koronavirus pandemiyası əsnasında neft qiymətləri tarixin ən aşağı səviyyəsini gördü. Marja CNN-ə istinadən xəbər verir ki, ABŞ-dan sonra dünyanın ən çox neft istehlak edən ikinci ölkəsi olan Çin, bunu fürsətə çevirib.
Okean və dəniz üzərindəki trafiki izləyən ClipperData-ya görə, Çinin şimal sahilindəki dənizdə 59 tanker gözləyir. Bu da bölgədəki trafikin sıxışmasına səbəb olub. Təxminlərə görə, Çin, qiymətlərin daha çox düşdüyü mart və aprel aylarında 73 milyon barel xam neft alıb və indi bunu gəmilərdə gözlədir. Ehtiyac olduqca tankerlər yüklərini boşaldacaq.
Çinin satın alıb yığdığı bu miqdar, dünyadakı gündəlik tələbin dörddə üçünə bərabər gəlir.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!