Çin "Starlink"ə rəqib olacaq ilk peykini orbitə çıxaracaq | Banco.az

Çin "Starlink"ə rəqib olacaq ilk peykini orbitə çıxaracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin dövlət mediasının məlumatına görə, ölkə "Starlink"ə rəqib olacaq ilk peyk bürcünü orbitə çıxaracaq.

Banco.az xəbər verir ki, Çinin dövlət törəmə şirkəti ABŞ-a məxsus" Space X" şirkətinin dünyanın demək olar ki, hər yerində internetə çıxışı təmin edən "Starlink" peyki ilə rəqabət aparacaq peyklər buraxmağa hazırlaşır.

Xəbər bazar ertəsi Çinin dövlət tərəfindən dəstəklənən qəzetində dərc edilib.

Bu addımın həm də hərbi aspekti var, çünki Yerin aşağı orbitində hökmranlıq uğrunda rəqabət müharibə edən ölkələr arasında balansa təsir edə bilər. 

Əgər buraxılış uğurlu olarsa, bu, Çin hökumətinin 5500 peyklə "Starlink"ə alternativ yaratmaq hədəfində mühüm addım olacaq. Çinin "China Securities Journal" qəzetinə görə, Şanxay Spacecom Peyk Texnologiyası (SSST) tərəfindən idarə olunan buraxılış prosesi ölkənin əsas peyk və raket buraxılış mərkəzlərindən biri olan Taiyuan Peyk Başlatma Mərkəzində baş tutacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et